Xəzər Xəbər

"Roma" hücumçusunu itirdi “Qarabağ”a qarşı oynamayacaq

İdman | 11:47 • 22 Sentyabr 2017
"Roma" hücumçusunu itirdi

Çempionlar Liqasında "Qarabağ”la qarşılaşacaq "Roma” itki ilə üzləşib.

XəzərXəbər Sportal.az-a istinadən xəbər verir ki, "canavarlar”ın çexiyalı hücumçusu Patrik Şik sıradan çıxıb.

Sol ayağından zədə alan hücumçu 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Belədə o, "Roma”nın "Qarabağ”la və Çexiya yığmasının Azərbaycanla oyununu buraxacaq.

Qeyd edək ki, "Qarabağ” – "Roma” matçı sentyabrın 27-i saat 20:00-da, Azərbaycan – Çexiya oyunu isə oktyabrın 5-i, 21:00-da start götürəcək. Hər iki qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti