Xəzər Xəbər

Zidan bəxtsizlikdən şikayətləndi: “Top qapıdan keçmək istəmirdi”

İdman | 16:50 • 21 Sentyabr 2017
Zidan bəxtsizlikdən şikayətləndi:

"Real"ın baş məşqçisi Zinədin Zidan İspaniya çempionatında "Betis"lə oyunu şərh edib. "Ən pisi top rəqibin qapısından keçmək istəmirdi. Ancaq bu futboldur, belə şeylər olur. Deyə bilmərik ki, əla oynadıq, ancaq oyunu pis də adlandıra bilmərəm. İkinci hissənin birinci dəqiqələrini yaxşı keçirdik , ancaq sonra tələsdik",- deyə məşhur futbolçu bildirib.

Qeyd edib ki, komandanın 26-27 qol imkanı olub. Ancaq öz meydançalarında bəxtləri gətirməyib: "Mənim sakitlik sözündən xoşum gəlir. Biz sakit olacağıq".

Qeyd edək ki, oyunda "Real” məğlub olub. 90+4-cü dəqiqədə Sanabria oyunda yeganə qolun müəllifi olub. "Real" oyunçuları dəfələrlə qol imkanından yararlana bilməyiblər.

Xəbər lenti