Xəzər Xəbər

"İmperator" İran klubuna baş məşqçi gedir

İdman | 14:28 • 21 Sentyabr 2017
"İmperator" İran klubuna baş məşqçi gedir
Türkiyə millisinin keçmiş baş məşqçisi Fatih Terim İranın "İsteqlal" klubuna keçə bilər. Bu barədə "İsteqlal" klubunun prezidenti Seyid Rza İftixari məlumat verib.

Seyid Rza İftixari bildirib ki, Türkiyə millisinin keçmiş baş məşqçisi Fatih Terimi klubun məşqçisi kimi görmək istəyirik. Hazırda danışıqlar gedir. Razılıq əldə olunacağı təqdirdə rəsmi açıqlama yayımlayacağıq.

Xəbər lenti