Xəzər Xəbər

UEFA-dan inqilabi yenilik Milli komandalar yarışacaq

İdman | 13:22 • 21 Sentyabr 2017
UEFA-dan inqilabi yenilik

Beynəlxalq Futbol Federasiyası (UEFA) ilk dəfə 2018-ci ildə təşkil ediləcək UEFA Milli Liqasının formatının təsdiq edildiyini açıqlayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə federasiyadan rəsmi açıqlama verilib.

Açıqlamada liqanın qaydaları və idarəetməsi, həmçinin loqosu barədə məlumatlar yer alıb.

UEFA-ya üzv olan 55 ölkə əvvəlcə 4 qrupa ayrılacaq.

İlk iki qrupda 12, üçüncü qrupda 15, dördüncüdə isə 16 ölkənin milli komandası yer alacaq. Həmin qruplar A, B, C, D kateqoriyalarına ayrılacaq və hər kateqoriyada 3 və ya 4 ölkə mübarizə aparacaq.

Milli liqada iştirak edən komandalar Avropa Futbol Çempionatına qatılmaq şansı da əldə edəcəklər. Belə ki, çempionatın finalına çıxmaq şansı əldə edən son 4 komanda Milli Liqanın dörd qrupundan çıxacaq.

Qruplarda Avropa Çempionatının finalına çıxa bilməyən ölkələr öz aralarında pley-of matçları təşkil edəcək.

UEFA Milli Liqasının matçları 2018-ci ilin sentyabr ayında başlasa da, Avropa Çempionatının finalına qatılacaq son 4 komandanı təyin edən pley-of matçları 2020-ci ildə keçiriləcək.

Milli komandaların sıralanması UEFA-nın özünəməxsus sistemi ilə həyata keçiriləcək.

Xəbər lenti