Xəzər Xəbər

Ronaldo bu futbolçunu "Real"a gətirmək istəyir

İdman | 13:02 • 21 Sentyabr 2017
Ronaldo bu futbolçunu "Real"a gətirmək istəyir

Kriştiano Ronaldo gənc futbolçunun "Real"a transfer olunmasını istəyir.

Portuqaliyalı ulduz "Mançester Yunayted"də Angel Qomeşin "Kral Klubu"na keçidinə çalışır.

Portuqaliya əsilli ingiltərəli futbolçunu "Barselona" da istəyir. Lakin Ronaldo öz əlaqələrindən istifadə edərək 17 yaşlı yarımmüdafiəçinin "Real"a keçməsinə nail olmaq istəyir.

Qeyd edək ki, Angel Qomeş "Mançester Yunayted"in U-18 komandasında çıxış edir. Mütəmadi olaraq əsas heyətə cəlb olunan futbolçuya ötən mövsüm Joze Mourinyo bir Premyer Liqa matçında oynamaq şansı vermişdi./Fanat.Az

Xəbər lenti