Xəzər Xəbər

Kavaniyə 3 klub birdən göz dikib

İdman | 10:47 • 21 Sentyabr 2017
Kavaniyə 3 klub birdən göz dikib

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin forvardı Edinson Kavaniyə 3 klub birdən göz dikib.

Paris təmsilçisindəki gələcəyi qeyri-müəyyən olan Kavani ilə "Çelsi”, "Everton” və "Napoli” klubları maraqlanır.

Bildirilir ki, hər üç klub yanvar ayında öz təkliflərini göndərəcək.

PSJ-nin Neymar və Mbappe transferlərindən sonra maliyyə "feyr-pley”indən çəkindiyi və 30 yaşlı futbolçunun komandadan göndərilməsinə müsbət yanaşdığı qeyd edilir.

"Çelsi”, "Everton” və "Napoli”nin ən ciddi 3 namizəd olduğu, lakin həmçinin, "Yuventus” və "Milan”ın da hücumçu ilə maraqlandığı və "Borussiya” (Dortmund) Obameyanqı satacağı təqdirdə uruqvaylı oyunçunu transfer etməyə çalışacağı vurğulanır.

Qeyd edək ki, ötən günlərdə Fransa mətbuatında Neymarın PSJ-nin prezidenti Nasser Əl-Xələfidən Kavaninin satılmasını xahiş etdiyi ilə bağlı xəbərlər yayılmışdı. Qətərli prezident isə yayılan bu xəbərlər ilə əlaqədar verdiyi açıqlamada bunları demişdi: "Ortada bir problem yoxdu. Mətbuat hadisələri böyüdür”.

Xəbər lenti