"Qarabağ”ın cənubi afrikalıfutbolçusu Dino Ndlovu uzun fasilədən sonra ölkəsinin milli komadasına dəvət alıb.
Cənubi Afrika Respublikası yığmasınınbaş məşqçisi Stüart Bakster 25 nəfərlik siyahıya Ndlovunun da adını qeyd edib.
CAR DÇ-2018-in seçmə mərhələsində oktyabrın 7-də Burkina Faso ilə qarşılşacaq.
Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib.