Xəzər Xəbər

Uşağın qızdırmasını aşağı salan üsullar Valideynlər, DİQQƏT!

İdman | 14:58 • 20 Sentyabr 2017
Uşağın qızdırmasını aşağı salan üsullar

Uşaqlarda yüksək hərarət valideynləri narahat edən xəstəlik əlamətlərindən biridir.

Hərarət 38 dərəcəni keçərsə, bunu qızdırma hesab etmək olar. Xüsusən də kiçik uşaqlarda qızdırmanı nəzarətdə saxlamaq vacibdir. Qızdırmanı aşağı salmaq üçün valideynlərə bəzi üsulları təqdim edirik:

Paltarlarını çıxarın

Uşağın hərarətinin qalxmağa başladığını hiss etdiyiniz an geyimlərini çıxarın. Yarım saat gözləyin, qızdırma düşməsə, digər üsullara əl atmaq olar.

İlıq duş üsulu

Paltarını soyundurduqdan sonra ilıq duş qızdırmanın düşməsinə səbəb ola bilər.

Sirkəli su üsulu

Qızdırmanın yüksək olduğu alın və qoltuqaltına sirkəli su tətbiq edin.

Əgər bu üsulları 2 saat içərisində tətbiq etməyinizə rəğmən temperatur qalxırsa, təcili həkimə müraciət etməlisiniz.

Yeni doğulan körpələrdə qızdırma

Yeni dünyaya gələn körpələrin immunitet sistemi inkişaf etmədiyindən qızdırma onlarda ciddi infeksional xəstəliklərə səbəb ola bilər. Əgər körpənin temperaturu 38 dərəcənin üzərinə çıxıbsa, dərhal həkimə aparın./Metbuat.az

Xəbər lenti