Xəzər Xəbər

"Yuventus" Buffonun xələfini tapdı

İdman | 14:28 • 20 Sentyabr 2017
"Yuventus" Buffonun xələfini tapdı

"Yuventus" mövsümün sonunda karyerasını başa vurmağı planlaşdıran Canluici Buffona əvəzləyici axtarışına indidən başlayıb.

Turinlilər 40 yaşlı qolkiperin gedişindən sonra çərçivəsi "Atletiko"nun qapıçısı Yan Oblaka həvalə etmək istəyir. Sloveniya millisinin üzvü Buffonun xələfi olmağa ən real namizəd kimi görünür.

24 yaşlı "əlcək sahibi"nin meneceri Miha Mlakar da "Yuventus"un Oblakla maraqlandığını təsdiqləyib. O, açıqlamsında "Maraqlananlar arasında ən yaxşı klub "Yuventus"du" deyə bildirib.

Qeyd edək ki, Oblakın Madrid klubu ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub. Onun sözləşməsində sərbəs qalmaq maddəsi isə 100 milyon avrodu.

Xəbər lenti