Xəzər Xəbər

"Ardanın komandaya faydalı olacağına inansam..." Valverde

İdman | 16:52 • 19 Sentyabr 2017
"Ardanın komandaya faydalı olacağına inansam..."

"Barselona"nın baş məşqçisi Ernesto Valverde futbolçusu Arda Turan haqda açıqlama verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçini növbəti matçlarda oynadıb-oynatmayacağı ilə bağlı sualı belə cavablandırıb:

"Bütün futbolçular komandanın bir hissəsidir. Arda da "Barselona"nın oyunçusudur. Mövsüm uzundur. Hər kəsə bərabər davranmağa çalışıram. Əgər onun komandaya faydalı olacağına inansam, əlbəttə, oyunlarda şans verəcəm".

Xəbər lenti