Xəzər Xəbər

"Qarabağ"- "Roma": 65 mindən 45 mini satıldı - Satış davam edir

İdman | 15:26 • 19 Sentyabr 2017
"Qarabağ"- "Roma":

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya təmsilçisi "Roma” ilə matç üçün bilet satışı davam edir.

XəzərXəbər Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, satılan biletlərin sayı 45 minə çatıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

Asan XidmətMərkəzləri

Heydər ƏliyevSarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).

Qeyd edək ki, satışa ümumilikdə 65 min bilet çıxarılıb. Sentyabrın 27-də keçiriləcək "Qarabağ” - "Roma” matçı saat 20:00-da başlayacaq.

Xəbər lenti