AFFA Çempionlar Liqasının 2018-2019
mövsümünün final oyununun Bakı Olimpiya stadionunda keçiriləcəyi ilə
bağlı İspaniya mətbuatının yaydığı məlumata münasibət bildirib.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu
AzVision.az-a bildirib ki, hələlik belə bir qərar qəbul edilməyib.
"Yayılan məlumatlardan xəbərdaram. Bildirim ki, hələ UEFA-nın İcra
Komitəsinın iclası keçirilməyib. Yekun qərar həmin iclasda açıqlanacaq.
İclas keçirilmədiyindən yekun qərardan danışmaq hələ tezdir”.
Qeyd edək ki, İspaniyanın "AS” nəşrinin "Onda Cero”ya istinadən yaydığı məlumata görə, Çempionlar Liqası final oyunu Bakıda
keçiriləcək. Bildirilib ki, UEFA-nın bu barədə qərarı sabah
açıqlayacağı gözlənilsə də, artıq mediaya seçimlə bağlı təfərrüatlar
məlum olub.
Çempionlar Liqasının finalının keçirilməsinə iki stadion- Bakı Olimpiya stadionu və İspaniyanın "Atlektika Madrid” klubunun stadionu "Vanda Metropolitano” namizəd olub.
KİV iddia edir ki, UEFA finalın Azərbaycanda keçirilməsinə razılıq verib. Məlumata görə, artıq bu barədə hər iki tərəf məlumatlandırılıb.