Xəzər Xəbər

Neymar-Kavani davası böyüyür

İdman | 13:51 • 19 Sentyabr 2017
Neymar-Kavani davası böyüyür

Fransanın PSJ klubunun Braziliya və uruqvaylı futbolçularıNeymarKavanipul üstündə əlbəyaxa olublar.

İnsident "Lyon" üzərində qazanılan 2:0-lıq qələbədən sonra soyunub-geyinmə otağında baş verib. Tyaqo Silva və Markinyos onları dava etməyə qoymayıblar.

Kavaninin müqaviləsində mövsümün sonunda çempionatı ən yaxşı bombardir kimi bitirəcəyi təqdirdə uruqvaylıya təqribən 1 milyon avro veriləcəyinə dair bənd yer alıb.

Xatırladaq ki, matçın gedişində də penalti zərbəsini yerinə yetirməklə bağlı sözügedən futbolçular arasında narazılıq yaşanmışdı.

Xəbər lenti