Xəzər Xəbər

PSJ 194.5 milyon xərclədiyi futbolçuları göndərir SİYAHI

İdman | 15:36 • 18 Sentyabr 2017
PSJ 194.5 milyon xərclədiyi futbolçuları göndərir

PSJ "Maliyyə Fair-Play" qaydalarının şərtlərini tamamlamaq üçün heyətində islahatlara hazırlaşır. Paris klub bu məqsədlə 5 ulduz futbolçusu ilə yollarını ayıracaq.

Artıq həmin futbolçuların kimliyi də bəlliddi. Bildirilir ki, PSJ Kevin Trapp, Lukas Moura, Julian Draksler, Xavyer Pastore və Angel Di Marianı yola salmaq niyyətindədi.

Bu 5 futbolçunun ümumi dəyəri 194.5 milyon avrodu. Belə ki, PSJ Kevin Trappı 9.5, Lukas Moura və Julian Draksleri 40, Xavyer Pastoreni 42, Angel Di Marianı isə 63 milyon avroya transfer edib.

Qeyd edək ki, PSJ bu yay Neymarı "Barselona"dan 222 milyon avroya transfer edib. Paris klubu "Monako"dan bir mövsüm icarəyə götürdüyü Kilian Mbappenin transfer hüququnu gələn yay alacaq. 18 yaşlı futbolçu üçün 135 milyon transfer haqqı və 45 milyon avro bonus ödəniləcək. Fransa təmsilçisi həmçinin Yuri İzetani "Real Sosyedad"dan 16 milyon avroya alıb.

Xəbər lenti