Məhkəmə içkili vəziyyətdə maşın sürdüyü üçünsaxlanılan Ueyn Runi ilə bağlı qərar verib. "Everton"un ulduzu məhkəmədə günahını etiraf edib.
Məhkəmənin qərarına əsasən futbolçunun sürücülük hüququ 2 illik əlindən alınıb. Bundan başqa o, 100 saat ictimai işlərdə çalışmalı olacaq.
Qeyd edək ki, ulduz futbolçu sentyabrın 1-də bir məclisdə tanış olduğu qadınla birlikdə içkili vəziyyətdə maşın sürərkən saxlanılaraq polisə aparılmışdı./fanat.az