Xəzər Xəbər

"Arsenal" hücumçusunu itirdi

İdman | 15:15 • 18 Sentyabr 2017
"Arsenal" hücumçusunu itirdi

"Arsenal"ın heyətində ciddi itki baş verib.

London təmsilçisinin hücumçusu Denni Uelbek sıradan çıxıb.

İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində "Çelsi" ilə matçın 73-cü dəqiqəsində(0:0) zədələnən futbolçu oyunu davam etdirə bilməyib.

"Sky Sports"un yaydığı məlumata görə, "topçular"ın baş məşqçisi Arsen Venger qasıq nahiyəsindən zədələnən 26 yaşlı forvardın durumunun ciddi olduğunu bildirib.

Xəbər lenti