Xəzər Xəbər

Məşhur futbolçu sürücülük hüququndan məhrum edilib

İdman | 14:53 • 18 Sentyabr 2017
Məşhur futbolçu sürücülük hüququndan məhrum edilib

İngiltərənin "Everton” klubunun futbolçusu Ueyn Runi iki il müddətinə sürücülük hüququndan məhrum edilib.

"Report” xəbər verir ki, bu barədə "Twitter”də BBC-nin jurnalisti Den Roan yazıb.

Məhkəmə qərarına əsasən, 32 yaşlı hücumçu 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da alıb.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü olan Ueyn Runi avqustun 31-də sərxoş halda avtomobil idarə etdiyi üçün saxlanılıb. Belə davranışı səbəbindən"Everton” klubu onu 300 min funt sterlinq cərimələyib.

Xəbər lenti