Xəzər Xəbər

“Real Madrid” Daniel Karvaxal ilə müqavilənin müddətini artırdı

İdman | 14:33 • 18 Sentyabr 2017
“Real Madrid” Daniel Karvaxal ilə müqavilənin müddətini artırdı

"Real Madrid” klubu ispaniyalı müdafiəçi Daniel Karvaxal ilə müqavilənin müddətinin 2022-ci il iyunun 30-dək uzadıb.

Klubun açıqlamasında müqavilənin müddətinin uzadılması ilə əlaqədar Karvaxalın "Santyaqo Bernabeu” stadionunda mətbuat konfransının təşkil olunacağı bildirilib.

İspaniya mətbuatı müqaviləyə əsasən, 25 yaşlı müdafiəçinin sərbəst qalması üçün ödəniləcək məbləğin 350 milyon avro olaraq müəyyən edildiyini yazıb.

Xatırladaq ki, kral klubu bir müddət əvvəl Marselo və İsko ilə də müqavilənin müddətini 2022-ci ilə qədər uzadıb.

Xəbər lenti