Xəzər Xəbər

Türkiyədə növbəti istefa

İdman | 13:53 • 18 Sentyabr 2017
Türkiyədə növbəti istefa

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

"Osmanlıspor”da baş məşqçisi Bülənt Uyqun ilə yollar ayrılıb.

Qeyd edək ki, hal-hazırda "Osmanlıspor”un 5 turdan sonra 1 xalı var. Komanda liqadakı sonuncu qarşılaşmasında öz evində "Dəmir Qrup Sivasspor”a 4-2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, bu, Türkiyə Super Liqasında cari mövsümdə ilk baş məşqçi istefası deyil. Bundan əvvəl "Gənclərbirliyi”ndə Ümit Özat və "Yeni Malatyaspor” Ərtoğrul Sağlam komandadan ayrılmışdı.

Xəbər lenti