Xəzər Xəbər

Levandovski Bundesliqada rekord qırdı

İdman | 14:03 • 17 Sentyabr 2017
Levandovski Bundesliqada rekord qırdı

Bu gün "Maynts”a qarşı oyunda "Bavariya” forması ilə 100-cü liqa matçına çıxan və iki qol vuran Robert Levandovski Bundesliqa tarixinə keçib.

Polşalı hücumçu Bundesliqa tarixində bir klub forması ilə 100 oyunda ən çox qol vuran oyunçu olub.

"Bavariya” forması ilə liqadakı qollarının sayını 82-yə çatdıran oyunçu sözügedən nominasiyada "Verder” (Bremen) forması ilə 109 oyuna 73 qol vuran Rudi Völleri geridə qoyub.

Xəbər lenti