Xəzər Xəbər

“Qarabağ” - “Roma” oyununa 40 min bilet satılıb

İdman | 17:32 • 16 Sentyabr 2017
“Qarabağ” - “Roma” oyununa 40 min bilet satılıb

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya təmsilçisi "Roma” ilə matç üçün bilet satışı davam edir.


Ağdam təmsilçisinin rəsmi saytında verilən xəbərə əsasən, indiyə qədər 40 min bilet satılıb. 


Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Xəbər lenti