Xəzər Xəbər

Qurban Qurbanov Şehiçi əsas heyətdən göndərib? Klubdan açıqlama

İdman | 17:08 • 15 Sentyabr 2017
Qurban Qurbanov Şehiçi əsas heyətdən göndərib?

"İbrahim Şehiç əsas heyətdən göndərilməyib”.

Bunu açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

O, bu xəbərlərin haradan çıxdığını bilmədiyini söyləyib. Klub rəsmisi qeyd edib ki, Şehiç əsas komanda ilə birlikdədir və bu gün məşqə çıxacaq.

Qeyd edək ki, mətbuata Şehiçin komandanın baş məşqçisi Qurban Qurbanov tərəfindən əvəzedici komandaya göndərilməsi ilə bağlı xəbərlər yayılıb. Buna isə bosniyalı qolkiperin Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində "Çelsi” ilə keçirilən oyunda kobud səhvlərə yol verməsi səbəb kimi göstərilir.

Xəbər lenti

Çox oxunanlar