Xəzər Xəbər

"Barselona" prezidentindən önəmli açıqlamalar: "Messi hazırda yeni müqaviləsi ilə oynayır"

İdman | 14:55 • 15 Sentyabr 2017
"Barselona" prezidentindən önəmli açıqlamalar:

"Barselona"nın prezidenti Xosep Bartomeu Lienel Messinin kataloniya klubunda yeni müqavilə ilə oynadığını bildirib.

"TV8"ə danışan klub rəhbəri "Barselona"dakı gələcəyi maraqla gözlənilən argentinalı ulduz haqqdında açıqlama verib. O, Messinin yeni müqavilə imzaladığını deyib:

"Messi hazırda yeni müqaviləsi ilə oynayır. Sözləşməsi 2021-ci ilədək keçərlidi"

Komandanın əfsanələrindən olan İnyesta haqda da danışan Bartomeu "İnyesta karyerasını bitirənədən burada oynayacaq. O, yalnız meydanda deyil, meydandan kənarda da mükəmməl futbolçudu. Ən qısa zamanda müqavilə yeniləyəcəyik, amma şərtlər özəl olacaq və buna görə də detallar barədə çox açıqlama verməyəcəm" deyib.

Xəbər lenti