Xəzər Xəbər

Özil qərarını verdi: "Arsenal"dan gedir

İdman | 17:53 • 14 Sentyabr 2017
Özil qərarını verdi:

Mesut Özil London "Arsenal"ını tərk edəcək. "Sport Bild" xəbər verir ki, Almaniya yığmasının türk yarımmüdafiəçisi 2018-ci ilin yayında klubunu dəyişəcək.

28 yaşlı futbolçu "topçular"ın fevralda irəli sürdüyü yeni müqavilənin şərtləriylə razılaşmayıb. "Arsenal" rəhbərliyinin həftəyə 280 min avro avro maaş təklifinə "yox" deyən Özil daha böyük hədəflər uğrunda mübarizə aparan klubda top qovmaq arzusundadı.

Qeyd edək ki, Mesut 2013-cü ildən "Arsenal"dadı. O, ötən mövsüm London təmsilçisinin heyətində 44 oyuna çıxıb, 12 qol vurub və 15 məhsuldar ötürməylə yadda qalıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti