Xəzər Xəbər

Britaniyalı nazir: Ümid edirəm ki, “Qarabağ” “Çelsi”ni Bakıda 6:0 hesabı ilə məğlub edəcək

İdman | 16:49 • 14 Sentyabr 2017
Britaniyalı nazir: Ümid edirəm ki, “Qarabağ” “Çelsi”ni Bakıda 6:0 hesabı ilə məğlub edəcək

Ümid edirəm ki, "Qarabağ” "Çelsi”ni Bakıda 6:0 hesabı ilə məğlub edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika işləri üzrə naziri Alan Dunkan deyib.

O qeyd edib: "Mən özümü futbol eksperti hesab etmirəm, amma matçın nəticəsindən xəbərim var. Ümid edirəm ki, "Çelsi” Bakıya gələndə "Qarabağ” onları 6:0, hətta 7:0 hesabı ilə məğlub edəcək. Britaniya futbolunun böyük uğuru ilə mənim abidəsini ziyarət etdiyim Tofiq Bəhramov arasında böyük əlaqə var. O, futbol dünyasında hörmət edilən hakimdir. Mən onu da müşahidə etdim ki, Azərbaycan futbolu inkişaf edir və fikrimcə, son hesaba baxmayaraq nəticələr getdikcə yaxşılaşacaq”.

Xəbər lenti