Xəzər Xəbər

Hakan Çalhanoğludan baş məşqçiyə “ismarıc”

İdman | 15:17 • 12 Sentyabr 2017
Hakan Çalhanoğludan baş məşqçiyə “ismarıc”

İtaliya A Seriasında mübarizə aparan "Milan”ın futbolçusu Hakan Çalhanoğlu baş məşqçi Vinçentso Montellaya "ismarıc” göndərib.

Dünən çempionatın 3-cü turu çərçivəsində keçirilən "Latsio” – "Milan” (4-1) matçından sonra açıqlamalar verən türkiyəli futbolçu oynamaq istədiyi mövqeyi bildirib:

"Tək hücumçunun arxasında oynamaq istəyirəm. Sərbəst mövqedə daha rahat oynaya bilirəm. Bu mövqedə oynamağı üstün tuturam”.

23 yaşlı oyunçu dil problemi yaşadığını da deyib: "Burda dil problemi yaşayıram. Tərcüməçim yoxdu, lakin komanda yoldaşlarım bəzən kömək edir”.

Qeyd edək ki, "Latsio” – "Milan” matçında Çalhanoğlu yarımmüdafənin mərkəzində oynamış və uğursuz çıxış etmişdi.

Xəbər lenti