Xəzər Xəbər

"Qarabağ"-"Çelsi" matçını necə İZLƏMƏK OLAR? - Nüfuzlu telekanallar SIRADA

İdman | 14:21 • 12 Sentyabr 2017
"Qarabağ"-"Çelsi" matçını necə İZLƏMƏK OLAR? -

Bu gün Azərbaycan çempionu "Qarabağ” İngiltərə çempionu "Çelsi” ilə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Tarixi matç Londonun "Stamford Bric” stadionunda, Bakı vaxtilə saat 22:45-də başlayacaq.

Azarkeşlər matçı bir çox kanaldan izləmək şansı əldə edəcəklər. Oyun ölkəmizdə AzTv kanalından canlı yayımlanacaq. Türkiyədə isə "Tivibu Spor 4" kanalı vasitəsilə izləmək mümkün olacaq. Böyük Britaniya azarkeşləri isə oyuna "BT Sport ESPN" kanalı vasitəsilə baxa biləcək.

Qrup mərhələsinin ilk matçı Avropa və dünyanın digər ölkələrində canlı efirə veriləcək. Dünya bu oyunu "Fox Sports GO", "Fox Soccer Match Pass", "Or WatchESPN" kanalları vasitəsilə seyr edəcək.

Xəbər lenti