Xəzər Xəbər

“Çelsi”nin baş məşqçisi: “Qarabağ” yaxşı komandadır

İdman | 13:51 • 12 Sentyabr 2017
“Çelsi”nin baş məşqçisi:

"Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda "Qarabağ”la matçı ərəfəsində şərhlər verib: "Qarabağ” yaxşı komandadır. Onlar Çempionlar Liqasında ilk dəfə oynayırlar. Mən bu klubun oyunçularının çoxunu yaxşı tanıyıram, çünki İtaliya yığmasına rəhbərlik edəndə Azərbaycan komandasına qarşı oynamışam. Biz təsnifatda (Avropa çempionatı) görüşmüşdük. "Qarabağ” oyunçularının çoxu milli komandada çıxış edirdilər.

Biz bu cür qəliz matçlarda çox diqqətli olmalıyıq.

Şənbə günü bir matç keçirmişik, bu gün "Qarabağ”la qarşılaşacağıq, sonra isə qarşımızda "Arsenalla” çətin oyun dayanır. Rotasiya zəruridir və bu, normal haldır. Əks halda güclü oyun nümayiş etdirmək mümkün olmayacaq”.

Xatırladaq ki, "Çelsi” və "Qarabağ” arasında matç bu gün Londonda keçiriləcək.

Xəbər lenti