Xəzər Xəbər

Məşhur menecer: "Dibala "Yuventus"dan ayrılacaq"

İdman | 17:31 • 11 Sentyabr 2017
Məşhur menecer:

Məşhur menecer Mino Raiola İtaliya A Seriasında mübarizə aparan "Yuventus”un futbolçusu Paulo Dibala ilə bağlı açıqlamalar verib.

Donarumma, İbrahimoviç, Pol Poqba, Mario Balotelli kimi futbolçuların meneceri olan Mino Raiola argentinalı ulduz Paulo Dibalanın "Yuventus”dan ayrılacağını deyib:

"Məncə, Dibala "Yuventus”dan ayrılacaq. Bu yaşda komandaya belə liderlik etməsi asan deyil. Onu "Real” (Madrid), "Mançester Siti” və ya "Mançester Yunayted”də oynarkən izləyə bilərik”.


Xatırladaq ki, yayda adı tez-tez "Barselona” ilə hallanan 23 yaşlı hücumçunun "Yuventus”la 2022-ci ilə qədər müqaviləsi var.

Xəbər lenti