Xəzər Xəbər

"Neftçi"nin yeni baş məşqçisi Tərlan Əhmədov oldu

İdman | 14:57 • 11 Sentyabr 2017
"Neftçi"nin yeni baş məşqçisi Tərlan Əhmədov oldu

"Neftçi” komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Ağ-qaralar” Tərlan Əhmədova həvalə olunub.

46 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, məşqçilik karyerasına 2009-cu ildə başlayan T.Əhmədov "Xəzər Lənkəran”da Ağasəlim Mircavadovun, "Neftçi”də isə Böyükağa Hacıyevin köməkçisi olub. Daha sonra isə Bəxtiyar Musayev və Kamal Quliyevlə birgə "ağ-qaralar”a rəhbərlik edib. 2013-cü il oktyabrın 24-də "Neftçi”dən ayrılan mütəxəssis, 2014-2017-ci illərdə AZAL-a ("Şüvəlan”) başçılıq edib. "Təyyarəçilər” ötən mövsümün yekununa əsasən, I diviziona düşdükdən sonra postunu tərk edib.

Xəbər lenti