Xəzər Xəbər

UEFA Çempionlar Liqası: “Qarabağ” üçün həlledici oyun

İdman | 11:12 • 23 Avqust 2017
UEFA Çempionlar Liqası:

Futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün Danimarkadakı "Parken” stadionunda təmsilçimiz "Qarabağ” "Kopenhagen” klubu ilə qarşılaşacaq.

XəzərXəbər xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı ispaniyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Alberto Undiano Mallenco olacaq. Ona həmyerliləri Roberto Alonso və Raul Cabanero kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Diego Barbero Sevilla yerinə yetirəcək.

Komandalar arasında avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyun 1:0 hesabı ilə "Qarabağ”ın xeyrinə yekunlaşmışdı.

Xəbər lenti