Xəzər Xəbər

Dəniz Yılmazın komandası yeni hücumçu transfer etdi

İdman | 16:54 • 22 Avqust 2017
Dəniz Yılmazın komandası yeni hücumçu transfer etdi

Milli komandamızın hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu"Bursaspor" klubu daha bir futbolçu transfer edib.

Super Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nəsr" klubunda forma geyinən fransalı hücumçu Jires Kembo Ekokonu heyətinə qatıb. Bu barədə Bursa klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Bursalıların yeni futbolçusu bu komadada 22 nömrəli formanı geyinəcək.

Xəbər lenti