Xəzər Xəbər

Obameyanq məsələsi nöqtələndi RƏSMİ

İdman | 15:47 • 22 Avqust 2017
Obameyanq məsələsi nöqtələndi

Pyer - Emerik Obameyanq Dortmund "Borussiya"sında qalacaq. Bu haqda klubun idman direktoru Mixael Tsork danışıb:

"Obameyanqla onun transferiylə bağlı söhbətimiz olub. Özünə də demişik ki, danışıq apardığımız klublarla ortaq məxrəcə gələ bilmədik. Bu üzdən heç yerə getməyəcək. O, "Borussiya"da qalır".

Qeyd edək ki, Obameyanqın keçidini həll etmək üçün "Milan" daha çox canfəşanlıq edirdi. Qabonlu futbolçu peşəkar karyerasına 2007-ci ildə məhz sözügedən İtaliya klubunda başlayıb. Lakin milanlıların əsas komandasında 1 oyun da keçirməyib.

Xəbər lenti