Xəzər Xəbər

Futbolsevərlər Çempionlar Liqasının püşkatma mərasimini canlı izləyə biləcək

İdman | 15:58 • 21 Avqust 2017
Futbolsevərlər Çempionlar Liqasının püşkatma mərasimini

Çempionlar Liqasının və Avropa Liqasın baxımlı oyunları ilə yanaşı İspaniya, İngiltərə və Almaniya çempionatları ölkəmizdə yayımlayan "İdman Azərbaycan" telekenalı izləyicilərə daha bir sürpriz hazırlayıb.

Bu həftə Çempionlar Liqasının qrup mərhələsinin püşkatması və Avropada ilin futbolçusunun seçilməsi mərasimi keçiriləcək.

Avqustun 24-də saat 20:00-da start götürəcək möhtəşəm idman tədbiri "İdman Azərbaycan" telekanalı ilə canlı olaraq ekranlara gətiriləcək.

"Qarabağ"ın adının da püşkatmadakı klubların arasında olması bizim üçün həmin tədbiri ikiqat bayrama çevirə bilər. Məhz bu məqamı nəzərə alan telekanal rəhbərliyi mərasimi həftənin proqramına daxil edib.

Xəbər lenti