Xəzər Xəbər

"Yuventus"un 18 milyonluq ulduzu "Qalatasaray"da

İdman | 17:23 • 19 Avqust 2017
"Yuventus"un 18 milyonluq ulduzu "Qalatasaray"da

"Qalatasaray" daha bir ulduz futbolçunu heyətinə qatır. İstanbul klubu "Yuventus"dan Kvadvo Asamoahı heyətinə qatır.

Məlumata görə, 4 milyonluq təklifi italyanlar tərəfindən rədd edilən "Qalatasaray"ın növbəti təklifi qəbul olunub. Türklər bu transferə görə "Yuventus"a 7 milyon avro ödəyəcək. Kvadvo Asamoah Türkiyədə illik 2,3 milyon avro maaş alacaq. "Yuventus"da 1,4 milyon avro qazanan futbolçunun bu məbəbdən "Qalatasaray"a keçməyə razılıq verdiyi deyilir.

"Yuventus"un baş meneceri Beppe Marotta "Qalatasaray"ın futbolçu ilə maraqlandığını təsdiqləyib: 'Asamoah bizə "Qalatsaray"ın təklifindən danışdı. Amma getmək istəyib-istəmədiyini demədi. Transfer dönəmində bu kimi təkliflər olur. Təklifi dəyərləndirmək üçün 15 gün vaxtımız var".

Qeyd edək ki, "Udineze" 2009-cu ildə 1 milyon avroya aldığı Kvadvo Asamoahı 2012-də "Yuventus"a 18 milyona satıb. Hazırda "Transfermarkt" 28 yaşlı sol cinah müdafiəçisinə 11 milyon avro qiymət qoyub. O, indiyədək Qana millisində 69 oyun keçirib və 4 qol vurub. /fanat.az

Xəbər lenti