Xəzər Xəbər

40 milyonluq futbolçunun cəmi 1 forması satıldı "Barselona" şokda

İdman | 17:10 • 19 Avqust 2017
40 milyonluq futbolçunun cəmi 1 forması satıldı

"Barselona"nın Paulinyo transferi xəyal qırıqlığına səbəb olub. Çinin "Quanqzu Everqrande" klubundan 40 milyon avroya alınan braziliyalı futbolçunun formalarına azarkeşlər maraq göstərməyib.

Belə ki, formaların satışa çıxarıldığı ilk gündə cəmi 1 forma satılıb. Bu "Barselona" tarixinin forma satışı sahəsində ən pis nəticəsi kimi tarixzə düşüb.

Qeyd edək ki, "Barselona" azarkeşləri ilk gündən Paulinyonun transferinə qarşı olub. Hətta onun "Nou Kamp"dakı təqdimat mərasiminə cəmi 2 min nəfər qatılmışdı.

Braziliyalı futbolçu özü isə transferindən sonra "Barselona"nın məni niyə aldığını bilmirəm" deməklə gündəmə gəlmişdi.

Xəbər lenti