Xəzər Xəbər

"Çelsi"nin hücumçusu Dieqo Kosta 3.2 milyon avro cərimələnəcək — SƏBƏB

İdman | 14:38 • 18 Avqust 2017
"Çelsi"nin hücumçusu Dieqo Kosta

Londonun "Çelsi" klubunun rəhbərliyi Dieqo Kostaya qarşı cərimə sanksiyası tətbiq etmək niyyətindədir.

Əgər hücumçu yaxın vaxtlarda kluba baş çəkməsə ciddi məbləğdə cərimələnəcək. Bu məbləğ isə nə az, nə çox 3.2 milyon avrodur.

Futbolçu mövsümdən əvvəl keçirilən təlim-məşq toplantısında iştirak etməyib və transfer üçün təkid edir.

Qeyd edək ki, bir müddət əvvəl "Everton" klubu Dieqo Kosta ilə maraqlanırdı.


Xəbər lenti