Xəzər Xəbər

“Kopenhagen” klubunun “Qarabağ” komandasına qarşı şikayəti RƏDD EDİLDİ - RƏSMİ

İdman | 11:32 • 18 Avqust 2017
“Kopenhagen” klubunun “Qarabağ” komandasına qarşı şikayəti

UEFA Danimarkanın "Kopenhagen” futbol klubunun Ağdamın "Qarabağ” komandasına qarşı şikayətinə rədd cavabı verib.

XəzərXəbər Danimarka klubunun saytına istinadla xəbər verir ki, qitənin ali futbol qurumu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 15-də Bakıda keçirilən görüşün 21-ci dəqiqəsində yaşanan epizodla bağlı edilən şikayətlə əlaqədar hər hansı qərarın qəbul olunmasına əsas görməyib.

UEFA-nın bu qərarından sonra "Kopenhagen” klubunun rəhbərliyi apellyasiya şikayəti verməyi planlaşdırır.

Xatırladaq ki, Danimarka klubu oyunda "Kopenhagen”in cərimə meydançasında "Qarabağ”ın kapitanı Maksim Medvedevin qonaqların futbolçusu Pyer Benqstonun başına guya qəsdən zərbə endirməsi iddiası ilə bağlı UEFA-ya şikayət etmişdi.

Xəbər lenti