FIFA-ya görə bu ilin ən yaxşı baş məşqçisi adına namizədlər məlum olub. Siyahıya 12 mütəxəssisin adı daxil edilib.
Namizədlər arasında Zinəddin Zidan ("Real Madrid”), Massimilano Alleqri ("Yuventus”), Karlo Ançelotti ("Bavariya”), Antonio Konte ("Çelsi”), Luis Enrike ("Barselona”), Xosep Qvardiola ("Mançester Siti”), Joze Mourinyo ("Mançester Yunayted”), Leonardu Jardim ("Monako”), Maurisio Pokettino ("Tottenhem”), Dieqo Simeone ("Atletiko”), Yoahim Löv (Almaniya milli komandası) və Tite (Braziliya milli komandası) var.