Xəzər Xəbər

"Barselona" yeni transferini təqdim etdi

İdman | 17:34 • 17 Avqust 2017
"Barselona" yeni transferini təqdim etdi

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Çinin "Quançjou Everqrand" klubundan Paulinyonu transfer edib. Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavil imzalanıb.

"Barselona" 29 yaşlı futbolçunun transferi üçün Asiya təmsilçisinə 40 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Paulinyo 2015-ci ildən "Quançjou Everqrand"da çıxış edirdi. O, Çin klubunun heyətində meydana çıxdığı 63 oyunda 17 qol vurub.

Xəbər lenti