Xəzər Xəbər

İbrahimoviçə daha bir təklif Oynayan məşqçi ol

İdman | 14:34 • 17 Avqust 2017
İbrahimoviçə daha bir təklif

Zlatan İbrahimoviç karyerasını elə "Mançester Yunayted"də davam etdirə bilər.

XəzərXəbər komanda.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" İbrahimoviçə yeni təklif irəli sürüb. İsveçli hücumçudan komandanın oynayan məşqçisi olması istənilir.

Məlumata görə, bu ideya "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya məxsusdu. O, vaxtilə "Çelsi"də işləyərkən Didye Droqba ilə də eyni tərzdə çalışmışdı.

Mourinyonun İbrahimoviçlə bu ideyanı müzakirə etdiyi də bildirilir. Ancaq hücumçunun hansı qərara gəldiyi barədə məlumat verilmir.

Xəbər lenti