Xəzər Xəbər

Tottinin nömrəsi heç kimə verilmədi

İdman | 12:18 • 17 Avqust 2017
Tottinin nömrəsi heç kimə verilmədi

"Roma” 2017/18 mövsümü üçün forma nömrələrini açıqlayıb.

Paytaxt klubunun "tvitter” səhifəsində açıqlanan siyahıda bu il karyerasını bitirən, klubun canlı əfsanəsi Françesko Tottinin uzun müddət daşıdığı 10 nömrə yer almayıb.

Xatırladaq ki, klub rəsmi olaraq 10 nömrəli futbolkanı əbədiləşdirməyib.

Totti futbolçu karyerası ərzində yalnız "Roma”da çıxış edib. O, paytaxt klubunda şans qazandığı 786 oyunda 307 qola imza atıb.

Xəbər lenti