Xəzər Xəbər

"El Klasiko"dan öncə "Real"a böyük şok

İdman | 11:50 • 10 Avqust 2017
"El Klasiko"dan öncə "Real"a böyük şok

"Real" İspaniya Super Kubokunun "Barselona" ilə oyununda Luka Modriçin xidmətindən yararlana bilməyəcək. Buna səbəb xorvat futbolçunun 3 il əvvəl aldığı cəza olub.

Belə ki, "Real" 2014-cü ilin 20 avqustunda "Atletiko" ilə keçirilən ilk Super Kubok matçında 1:1 hesablı heç-heçəyə razılaşmış, iki gün sonra baş tutan cavab görüşündə uduzmuşdu - 0:1. "Atletiko"nun kuboku qazandığı matçın 48-ci dəqiqəsində ilk sarı vərəqəni alan Modriç 90-cı dəqiqədə yenidən cəzalanaraq meydandan qovulmuşdu.

İspaniya Futbol Federasiyasının qaydalarına əsasən futbolçu bu cəzanı ancaq Super Kubok oyununda çəkə bilərdi. Sonrakı iki mövsümdə "Real" İspaniya Super Kubokda oynamadığından cəza çəkilməmişdi. Bu səbəbdən xorvat futbolçu avqustun 13-də keçiriləcək ilk Super Kubok matçını buraxmalı olacaq və ayın 17-də Madriddə baş tutacaq cavab görüşündə meydana çıxa biləcək.

Xəbər lenti