Xəzər Xəbər

"Yuventus" "Liverpul"un futbolçusuna göz dikdi

İdman | 18:18 • 9 Avqust 2017
"Yuventus" "Liverpul"un futbolçusuna göz dikdi

"Yuventus" yarımmüdafiə xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.

Turin klubunun ilk hədəfi "Liverpul"dan Əmrə Candır. "Corriere dello Sport"da yer alan xəbərə görə, "qoca sinyora" 23 yaşlı Türkiyə əsilli almaniyalı futbolçunu transfer hədəfinə alıb. "Qırmızılar"la müqaviləsi 2018-ci ildə bitəcək yarımmüdafiəçini "Yuventus"un baş məşqçisi Massimilyano Alleqri komandasında görmək istəyir.

Son İtaliya çempionu bu transferi 30 milyon avro ilə bitirmək istəyir.

2014-cü ildə "Bayer"dən 12 milyon avro qarşılığında "mersisaydlar"a transfer olan Can 3 mövsümdə 129 oyun keçirib və 9 qol vurub.

Xəbər lenti