Xəzər Xəbər

"Fənərbaxça" La Liqadan hücumçu transfer etdi

İdman | 15:08 • 9 Avqust 2017
"Fənərbaxça" La Liqadan hücumçu transfer etdi

"Fənərbaxça” növbəti transferini gerçəkləşdirib.

İstanbul təmsilçisi "Vilyarreal”ın hücumçusu Roberto Soldadonu rənglərinə bağlayıb. 32 yaşlı forvard tezlkiklə Türkiyəyə gələcək və "sarı-lacıvərdlilər"lə müqavilə imzalayacaq. Bu keçid üçün"Fənərbaxça" "sarı sualtı qayığ"a 4 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü ötən mövsüm zədə səbəbindən 6 ay yaşıl meydanlardan uzaq qalıb.

Xəbər lenti