Xəzər Xəbər

"Borussiya"dan Dembele açıqlaması

İdman | 16:28 • 7 Avqust 2017
"Borussiya"dan Dembele açıqlaması

"Borussiya"nın idman direktoru Mixael Zork komandanın gənc ulduzu Usman Dembelenin "Barselona"ya transferi ilə bağlı yayılan şaiələrə münasibət bildirib.

Dortmund klubunun rəsmisi bu məlumatları təkzib edib:

"Dembelenin transferi ilə bağlı heç bir komanda ilə anlaşma əldə etmədik. Dembele bizim futbolçumuzdur. Bu barədə danışmaq məntiqə sığmır".

Qeyd edək ki, Neymarı PSJ-yə 222 milyon avroya satan "Barselona"nın Dembeleni transfer hədəfinə aldığı barədə məlumatlar dolaşırdı.

Xəbər lenti