Xəzər Xəbər

Neymardan sonra daha bir fantastik transfer: rekord qırılır

İdman | 14:31 • 7 Avqust 2017
Neymardan sonra daha bir fantastik transfer:

222 milyon avroya Neymarı transfer edən PSJ daha bir dünya ulduzunu heyətinə qatır. Paris klubu bu dəfə "Atletiko"nun qapıçısı Jan Oblakı hədəfə alıb.

Portuqaliyanın məşhur "A Bola" qəzeti iddia edir ki, PSJ Neymarın transferində olduğu kimi, sloveniyalı qapıçının da müqaviləsindəki bənddən yararlanmaq istəyir və 100 milyon avroluq təzminatı ödəmək fikrindədi.

Bu transfer reallaşacağı halda, daha bir rekord qırılacaq. Belə ki, Oblak Canliuci Buffonu keçərək futbol tarixinin ən bahalı qapıçısı olacaq.

Qeyd edək ki, Oblak 2014-cü ildə "Benfika"dan "Atletiko"ya 14 milyon avroya transfer olunub. /Fanat.az

Xəbər lenti