Xəzər Xəbər

Verratti: "Qərarımda Neymarın transferi rol oynamayıb"

İdman | 14:14 • 7 Avqust 2017
Verratti:

PSJ-nin futbolçusu Marko Veratti gələcək karyerası ilə bağlı yekun qərar verib.

"Barselona”ya keçəcəyi deyilən italiyalı yarımmüdafiəçi Paris klubunda qalacağını bəyan edib. İtaliya millisinin üzvü Neymarın PSJ-yə transfer olması qərarına təsir etmədiyini deyib:

"Barselona” məsələsi artıq geridə qalıb. Heç kimlə danışıqlar aparmamışam və bu məsələdə yenilik də yoxdu. PSJ-də qalacam. Bu qərara gəlməyimdə Neymarın PSJ-yə transferinin heç bir rolu olmayıb. Daha əvvəl bu barədə qərar vermişdim. Həmin vaxt Neymarın bizim kluba keçəcəyini belə bilmirdim”.

Qeyd edək ki, Veratti 2012-ci ildən PSJ-də oynayır.

Xəbər lenti