Xəzər Xəbər

Uesli Sneyderin yeni klubu məlum oldu

İdman | 11:35 • 7 Avqust 2017
Uesli Sneyderin yeni klubu məlum oldu
"Galatasaray"ın sabiq futbolçusu Uesli Sneyder karyerasını Fransada davam etdirməyə yaxındır.

Holland yarımmüdafiəçi "Nice" ilə razılığa gəlib. Klubun prezidenti Jan-Pyer Rivye onunla danışıqları başa vurduqlarını bildirib.

Fövqəladə bir şey olmasa, Sneyder avqustun 7-də tibbi müayinədən keçib müqaviləyə imza atacaq. Sneyderlə bərabər Samir Nasrinin də "Nice" klubunun maraq dairəsində olması barədə xəbərlər yayılsa da, Rivye bunu təkzib etmişdi.

Xəbər lenti