Xəzər Xəbər

“Qalatasaray”dan Arda Turan sürprizi

İdman | 14:39 • 6 Avqust 2017
“Qalatasaray”dan Arda Turan sürprizi

"Qalatasaray” Super Liqada yeni mövsümün başlanmasına bir həftə qalmış sürpriz transfer etmək niyyətindədir.

"Sarı-qırmızılar” klubun keçmiş üzvü Arda Turanı mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır.

Klub rəhbərliyi bu həftə yarımmüdafiəçinin məxsus olduğu İspaniyanın "Barselona” komandası ilə danışıqlar masasına oturacaq. Otuz yaşlı futbolçunun icarəsi üçün 2,5 milyon avro ödənilməsi nəzərdə tutulub. Bundan əlavə, A.Turan illik 4 milyon avro qazanacaq.

Transferin baş tutması tamamilə katalonlardan asılıdır. Bununla yanaşı, türkiyəli ulduzun milli komandaya geri dönmək şansının da olduğu bildirilir.

Xəbər lenti